525.Az

Alimlər havanın yeni təmizlənmə üsulunu tapıblar


 

Alimlər havanın yeni təmizlənmə üsulunu tapıblar<b style="color:red"></b>

Rusiyalı alimlər tərəfindən havanın zəhərli maddələr və dəm qazından təmizləməsinin yeni üsulu tapılıb.

Trend-in məlumatına görə, bunun üçün Günəş işığı və nanomateriallardan istifadə olunub. Belə ki, onların qarşılıqlı təsiri zamanı havada olan zəhər karbon qazı və suya parçalanır. Qeyd edək ki, bu texnologiyanın tədbiqi yalnız məişətdə deyil, hətta tibb müəssisələrində də mümkündür.

Məlum olduğu kimi, əksər tibb müəssisələrində məkanın dezinfeksiyası üçün insan sağlamlığına mənfi təsir göstərən ultrabənövşəyi şüalardan istifadə olunur.

Xüsusi lampalardan istifadə həm narahatlığa səbəb olduğu, həmdə bahalı üsul hesab edildiyi üçün alimlər havanın təmizləməsində bu cür texnologiya hazırlamağa çalışıblar.

Əsas məqsəd Günəş işığıyla qarşılıqlı təsirə girə bilən materialın tapılmasıdır ki, həmin material titanın dioksididir. Sözügedən üsul vasitəsiylə kimyəvi reaksiyaları sürətləndirərək havanı zərərli maddələrdən təmizlənməsinə nail olunub.

Qeyd edək ki, yeni üsulu cihaza çevirmək də mümkündür. Bu cür cihazları Yer kürəsinin günəş işığı düşən istənilən səthində tətbiq etmək olar.

 





06.08.2016    çap et  çap et