525.Az
Qalaaltıda meşədə azan 10 nəfər xilas edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Siyəzən rayonu, Qalaaltı kəndində 10 nəfərin meşədə azaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların xilas olunmasını təmin ediblər.
08.08.2016
çap et