525.Az

Xədicə İsmayılın cəza müddəti azaldıldı


 

Xədicə İsmayılın cəza müddəti azaldıldı<b style="color:red"></b> Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalisit Xədicə İsmayılın şikayəti üzrə məhkəmə prosesi keçirilib.
 
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə X. İsmayıl barəsində olan Cinayət Məcəlləsinin 192-ci maddəsi üzrə işə xitam verilməsini istəyib. Məhkəmə onun barəsində seçilmiş cəza müddətini 3 il 6 aydan 2 il 3 aya qədər azaldıb.
 
Qeyd edək ki, X. İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib.

Ali Məhkəmə kassasiya şikayəti verən X. İsmayılın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.
 





08.08.2016    çap et  çap et