525.Az

Xızıda kitabsevərlər üçün maraqlı aksiya


 

Xızıda kitabsevərlər üçün maraqlı aksiya<b style="color:red"></b>

Avqustun 8-dən etibarən Xızı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə şəhərin mərkəzindəki Heydər Əliyev Parkında kitabsevərlər üçün növbəti maraqlı aksiyaya başlanılıb.

AZƏRTAC xəbər verir ki, “açıq kitabxana” adlanan layihəyə əsasən kitabxanadakı müxtəlif mövzulu nəşrlər parkın ərazisində sərgilənir. Oxuculara açıq havada kitabları oxumaq və kitabxanaya üzv yazılaraq nəşrləri əldə etmək imkanı yaradılıb.

Aksiyanın əsas məqsədi əhalinin asudə vaxtının səmərəli təşkilinə yardımçı olmaq və kitablara maraq oyatmaqdan ibarətdir.

Bir həftə ərzində davam edəcək aksiya çərçivəsində oxuculara 3 minə yaxın kitab təqdim olunacaq.

 





08.08.2016    çap et  çap et