525.Az

"TRT Haber" Azərbaycandan veriliş hazırlayacaq


 

"TRT Haber" Azərbaycandan veriliş hazırlayacaq<b style="color:red"></b> TRT Haber kanalının ən çox seyredilən proqramlarından olan "Ufuk Cizgisi"  proqraminin cəkilis qrupu Azərbaycana gəlir.

TRT Baki Təmsilcisi Yüksəl Dəgərcanın 525.az-a verdiyi məlumata görə  TRT- nin ən təcrübəli proqram rejissorlarindan biri olan Halik Koç və çəkilis qrupu 14-21  Mart tarixləri arasinda  Bakiya gələcəklər.

Keçən həftə TRT Habər kanalında Xocalı qətliamını  və Qafqazdakı gərginliyi ekranlara gətirən Haluk Koç Azərbaycan haqqında   proqramlar  hazırlayacaq. Ermənilər tərəfindən qəddarlıqla öldürülən Azərbaycan Türklərinin Qubadakı kütləvi məzarlığında, cəbhə xəttində elecə də  31 Mart soyqırımı haqqında proqramlar hazırlamaq  planlasdırılır. Proqramlarda  Azərbaycan iqtisadiyyatının inkişafı, Xəzər neft ve qaz sektorundakı Türkiyə-Azərbaycan işbirliyi,  eləcə də Qarabağ problemi və qondarma erməni iddiaları da isiqlandırılacaq.

Halik Koçun rəhbərliyi altında ərsəyə  gelen proqram 20 Mart’ da Bakıdan canlı yayımlanacaq. Proqrama Azərbaycandan qonaqlar dəvət ediləcək.
 





04.03.2013    çap et  çap et