525.Az

Tənbəllik artıq intellekt əlaməti hesab olunur


 

Tənbəllik artıq intellekt əlaməti hesab olunur<b style="color:red"></b>

İnsan nə qədər çox özünə qapanırsa, özündən daha fəal həmkarları ilə müqayisədə onun intellektual əmsalı (IQ) bir o qədər yüksək olur.

AZƏRTAC “Arqumentı nedeli” nəşrinə istinadla xəbər verir ki, ABŞ-ın Florida Körfəzi Sahilboyu Universitetinin (FGCU,) mütəxəssisləri bu qənaətə gəliblər.

Amerikalı alimlər qeyd edirlər ki, fəal adamlar fiziki fəaliyyətə çox vaxt sərf edir, bununla da lazımsız fikirlərdən və sıxıntıdan xilas olurlar. Öz aləmlərində yaşadıqları üçün hərəkətsizlikdən nadir hallarda bezən yüksək intellektli adamlardan da məhz bununla fərqlənirlər.

Tələbələrin iştirakı ilə eksperiment keçirilib. Onlar özünüdərketmə ehtiyacları ilə bağlı bir neçə suala cavab veriblər. Hər birində 30 nəfər olan, “zehni fəaliyyətlə” və “qeyri-zehni fəaliyyətlə” məşğul olanlardan ibarət iki qrup təşkil edilib. Hər iki qrupun iştirakçıları biləklərinə onların hərəkətlərinə və fəallıq səviyyəsinə nəzarət edən xüsusi cihaz taxıblar. Tədqiqatın nəticələri əsasında tənbəl adamların intellektinin daha yüksək olması barədə nəticə əldə edilib.

Doğrudur, bu fikri mütəxəssislərin hamısı dəstəkləmir. Bəzi alimlərin fikrincə, bütün tənbəlləri intellektual adlandırmaq tələm-tələsik verilmiş qərardır.

 





09.08.2016    çap et  çap et