525.Az

Milli Kitabxanada "Əlisa Nicat-80" kitab sərgisi


 

Milli Kitabxanada "Əlisa Nicat-80" kitab sərgisi<b style="color:red"></b>

Avqustun 8-də M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında şair, nasir və alim Əlisa Nicatın anadan olmasının 80 illiyinə həsr olunmuş "Əlisa Nicat-80" adlı kitab sərgisi açılıb.

AZƏRTAC Milli Kitabxananın saytına istinadla bildirir ki, sərgidə qələm adamının poetik istedadını əks etdirən şeir kitabları və seçilmiş əsərləri nümayiş olunub.

Qeyd edək ki, Ə. Nicatın bütün külliyyatı 50 cilddən ibarətdir. Həmçinin, yazıçı müxtəlif tərcümələr, şeirlər, esselər və povestlərin müəllifidir.

 





10.08.2016    çap et  çap et