525.Az

Təhsil İdarəsindən 8 Mart xəbərdarlığı


 

Təhsil İdarəsindən 8 Mart xəbərdarlığı<b style="color:red"></b> “Bu gün paytaxt məktəblərində çalışan müəllimlərin 90 faizi qadındır. Şərəfli peşə sahiblərini - xanım müəllimlərimizi 8 mart - Beynəlxalq Qadınlar Günündə təbrik etmək lazımdır. Biz də Təhsil İdarəsi olaraq xanım müəllimlərimizi təbrik edirik”.
 
Bunu Lent.az-a Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqə sektorunun müdiri Zəminə Əliqızı bildirib. Sektor müdirinin sözlərinə görə, bu məsələlərdə heç kəs məcbur edilə bilməz: “İstər 8 mart, istərsə də digər bayramlarda valideynlər müəllimlərin təbrikinə məcburi qaydada cəlb oluna bilməz. Valideynlərə də müraciət edirik ki, məktəblərdə hər hansı məsələ ilə bağlı pul yığmaq qadağandır. Əlbəttə müəllimələrimiz ürəkdən gələn səmimi təbrikə layiqdirlər”.
 
Z. Əminə qızı onu da bildirib ki, artıq bu məsələ ilə bağlı təhsil müəssisələrinə göstəriş verilib.
 





04.03.2013    çap et  çap et