525.Az

Cəlilabadda Qafqazın ən qədim məbədi aşkarlandı


 

Cəlilabadda Qafqazın ən qədim məbədi aşkarlandı<b style="color:red"></b> Cəlilabad rayonunun Güllütəpə kəndinin ərazisində yerləşən Polutəpə  qədim yaşayış məskənində Qafqazın ən qədim dini məbədi aşkarlanıb.

Bu barədə APA-nın cənub bürosuna Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-Neolit Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tufan Axundov məlumat verib. Onun sözlərinə görə, ərazidə aparılan qazıntılar zamanı  müxtəlif  mədəni təbəqələrdən Neolit dövrünə aid olan xeyli sayda bəzək, məişət, eləcə də əmək alətləri tapılıb. Son qazıntılar zamanı isə arxeoloqlar nəinki Azərbaycanda, eləcə də Qafqazda  ilk dəfə rast gəlinən qədim dini məbədin izinə düşüblər.
 
Qədim ibadətgahın mərkəzində dərin çalanın içərisində böyük küp yerləşib. Küpün daxili isə kül ilə doldurulub. Arxeoloji ekspedisiyanın rəhbəri Tufan Axundovun qənaətincə,  kül qalıqları burada dini ayınlərin icra olunması zamanı odundan istifadə olunduğunu göstərir.
 
Qazıntıların nəticəsi olaraq ərazidə məbəddən əlavə, bir uşaq, bir böyük qəbri aşkar olunub.
 
Qeyd edək ki, 6 hektarlıq ərazini əhatə edən Polutəpə qədim yaşayış məskənində 6-cı mövsümdür ki, arxeoloji qazıntı işləri davam etdirilir. Toplanmış nümunələr AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılacaq.
 





11.08.2016    çap et  çap et