525.Az

İsrailli gənc ifaçılar Bakıda konsert verəcəklər


 

İsrailli gənc ifaçılar Bakıda konsert verəcəklər<b style="color:red"></b>

Azərbaycan Milli İncəsənət Muzeyi və "Azİz" Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə israilli gənc ifaçılar Miriyam Hacıyeva və Yadid Şvarç sentyabrın 5-də Bakıda konsert proqramı ilə çıxış edəcəklər.

Milli İncəsənət Muzeyindən AZƏRTAC-a bildirilib ki, muzeyin 80 illik yubileyi çərçivəsində keçiriləcək konsertdə dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.

Qeyd edək ki, hazırda İsraildə yaşayan Miriyam və Yadid Almaniya, Fransa, İtaliya və ABŞ-da bir çox master-klass, konsertlərdə solist və orkestrant kimi çıxış ediblər.

 





11.08.2016    çap et  çap et