525.Az

Kamal Abdulladan yeni kitab


 

Kamal Abdulladan yeni kitab<b style="color:red"></b>

Yazıçı Kamal Abdullanın yeni, “Düma ilə Coys arasında” adlı ədəbi-tənqidi esselər kitabı işıq üzü görüb.

Kitab Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Bir dünyalıq ədəbiyyat söhbəti, yaxud esselərdən ibarət roman” adlı önsözü ilə başlayır.

Müəllif kitabda məhşur italyan romançısı Umberto Eko ilə görüş təəssüratlarını, bu əsnada baş tutan ədəbiyyat söhbətlərinin ədəbi arealının Düma ilə Coys yaradıcılığı arasında cərəyan etdiyini, bu ədəbi məkanda Azərbaycan ədəbiyyatında, ədəbi tənqidində baş ədəbi prosesin yaratdığı assossasiyalar, müasir Azərbaycan ədəbiyyatının gənc yazarlarının yaradıcılığındakı yeni parıltılar, müstəqillik dövründə qələmə alınan əsərlərlə bağlı düşüncələr, ədəbiyyatımızdakı “boşluq dolduranlar” haqqında fikirlərini ifadə edib.

Kitabda irəli sürülən fikirlər müxtəlif məzmunlu ricətlərlə bağlanaraq daha da rəngarəng şəkil alıb.

K.Abdulla burada həmçinin, özünün yazdığı romanlarla bağlı müəllif, eyni zamanda, oxucu kimi də münasibətini ortaya qoyub.

Kitabdakı “Birun-əndərun oyunları” adlı essedə bədii mətnlərdəki söz oyunlarına, “Don Kixotun ölümü”, “Aldanmış oxucu” və başqa esselərində isə müəllif-əsər-oxucu uçbucağında baş verən proseslərə, bu üç faktor arasındakı münasibətlərə K.Abdullanın özünəməxsus münasibəti əksini tapıb.

 





12.08.2016    çap et  çap et