525.Az

Ən uzunömürlü canlılar


 

Ən uzunömürlü canlılar<b style="color:red"></b>

Amerikanın Milli Yaşlılıq İnstitutunun alimləri “uzunömürlü heyvanlar” siyahısını tərtib ediblər.

Siyahıya əsasən ən uzunömürlü canlının 11 min il yaşı olan Monorhaphis Chini (dərin dəniz süngəri) olduğu bildirilir.

Bu siyahıya görə Qrenlandiya qütb köpək balığının onurğalılar arasında uzunömürlülük rekordu vurduğu qeyd olunur. Onun yaşının 400 ilə bərabər olduğu bildirilir. Bu köpək balıqlarının boyu ildə bir santimetr artmaqla ömürlərinin sonunadək 5-7 metrə qədər uzanır. Bu onurğalıların hələ 156 yaşında həddi-buluğa çatdığı, öldükdə isə təxmini 392 il yaşadığı qeyd olunur.

Tədqiqatçıların fikrincə, köpək balıqlarının uzunömürlülüyünün səbəblərindən biri yaşadıqları suyun aşağı temperaturda olmasıdır. Bu şəraitdə bədənin böyüməsi və biokimyəvi proseslərə məruz qalması yavaşıyır.

Bundan əlavə, soyuq suyun “yaş əleyhinə” genləri aktivləşdirdiyi, infeksiyalarla mübarizədə böyük rol oynadığı bildirilir.

AzərTAc

 





12.08.2016    çap et  çap et