525.Az

Fidel Kastronun yubileyinə 90 metrlik siqaret hazırladılar


 

Fidel Kastronun yubileyinə 90 metrlik siqaret hazırladılar<b style="color:red"></b> Bu gün Kuba inqilabının lideri Fidel Kastronun 90 yaşı tamam olur.
 
Modern.az xarici mediaya istinadən xəbər verir ki, ad günü münasibətilə ona 90 metrlik siqar hədiyyə ediləcək.
 
Hədiyyəni siqar işinin ustası Xose Kastelar hazırlayıb:“Siqarı hazırlamaq üçün 10 gün müddətində12 saat işləmişəm”.
 
Onun sözlərinə görə, belə qeyri-adi hədiyyənin hazırlanması üçün 80 kiloqrama yaxın Kuba tütünündən istifadə edib. O, həmin tütünü dünyada ən əla növ hesab edir.
 
Böyük Britaniyanın Havanadkı səfirliyinin əməkdaşı Fidel Kastro üçün hazırlanan siqarın uzunluğuna şahidlik edərək Ginnesin rekordlar kitabına qeydiyyata alınmağa göndərib.
 
Fidel Kastro siqaret çəkməyi 30 il əvvəl səhhətindəki problem səbəbindən tərgidib. O 1926-cı il avqustun 13-də Kubanın Orente əyalətində anadan olub.
 
Fidel Kastro hakimiyyətə 1959-cu ildə diktator Fulxensio Batistanı devirərək gəlib.
 
2006-cı ildə xəstəliyinə görə hakimiyyəti müvəqqəti olaraq qardaşı Raula verib, 2008-ci ildə isə ölkəyə tam rəhbərlik etməyə başlayıb.
 





13.08.2016    çap et  çap et