525.Az

Qara Namazova aid sənədlər Ədəbiyyat və İncəsənət Arxivinə qəbul edilib


 

Qara Namazova aid sənədlər Ədəbiyyat və İncəsənət Arxivinə qəbul edilib<b style="color:red"></b>

Tənqidçi-ədəbiyyatşünas alim, professor Qara Namazovun şəxsi sənədləri S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub.

Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, sənədlərin sırasında Q.Namazovun əlyazmaları, təsviri sənədlər, məktublar, onun haqqında yazılmış, özünün topladığı sənədlər və s. vardır. Arxivə qəbul edilən sənədlərin Milli Arxiv Fonduna daxil edilməsi üçün müvafiq qaydada rəsmiləşdirmə işləri aparılmaqdadır.

Qeyd edək ki, Türkiyə, Türkmənistan, İsveç və digər ölkələrdə keçirilmiş beynəlxalq seminar, simpozium və konfranslarda iştirakçısı olan alim Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Şifahi xalq və aşıq yaradıcılığı, müasir və klassik Azərbaycan ədəbiyyatı onun tədqiqat sahəsidir. O, 10 monoqrafiyanın, 30 kitabın və 300 elmi-kütləvi əsərin müəllifidir.

 





13.08.2016    çap et  çap et