525.Az

“YARAT Müzakirələri”nin növbəti qonağı - dizayner Rəna Qasımova


 

 “YARAT Müzakirələri”nin növbəti qonağı - <b style="color:red">dizayner Rəna Qasımova </b>

YARAT Müasir İncəsənət Mərkəzinin hər həftə keçirilən “YARAT Müzakirələri” layihəsinin növbəti qonağı Obsess Lingerie brendinin təsisçisi və dizayneri Rəna Qasımova olub.

AZƏRTAC xəbər verir ki, qonaq mərkəzdə nümayiş olunan “Müqavimət Haqqında 300 Söz” qrup sərgisinə aid olan Ənvər Əsgərovun “Üfüqdə yox olanlar” əsəri haqda fikirlərini bölüşüb. Belə ki, “Müqavimət Haqqında 300 Söz” sərgisində Azərbaycanın yeddi gənc rəssamı Aida Mahmudova, Fərhad Fərzəliyev, İlkin Hüseynov, Sitarə İbrahimova, Elturan Məmmədov, Habib Saher, Zamir Süleymanov və yeddi modern incəsənət ustası - Tahir Salahov, Toğrul Nərimanbəyov, Eldar Ağamalov, Ənvər Əsgərov, Rasim Babayev, Böyükağa Mirzəzadə və Tələt Şıxəliyevin əsərlərindən danışılır.

Müqavimət haqqında 300 söz iki cür müqavimətin mövcudluğundan irəli gəlir: həm şəxsi, həm də siyasi. Vətəndaş cəmiyyətinin quruluşunda müqavimət mühüm sosial vəzifə daşıyır. 7 gənc Azərbaycan rəssamı müqavimət anlayışını araşdıraraq, ölkə gənclərini düşündürən gender münasibətləri, mədəniyyət stereotipləri və sosial-siyasi əminsizlik kimi əsas mövzuları bu sərgidə təqdim edirlər. Yeni ərsəyə gətirilmiş bu əsərlərdə həm bugünkü Azərbaycan cəmiyyətinin bütövlükdə apardığı, həm də vətəndaşlarımızın fərdi surətdə üzləşdiyi mübarizələr tədqiq olunur. Rəssamlar, özlərinin də məxsus olduqları gənc nəslin səsləndirdiyi fikirləri iqtisadi qeyri-sabitlik və geosiyasi iğtişaşlar zamanından keçirib yeni kapitalizm və sosial məlumatlılıq əsrinə çatdırırlar.

Müqavimətin fenomenal təzahürünü Aida Mahmudovanın “Adsız” adlı əsərində görmək olar. Əsasən, tənzif parçasından hazırlanmış onun bu yeni əsəri fərdi mübarizənin elə cismani ifadəsidir ki, nəhəng nisbi ölçüsünə görə yerləşdiyi məkanı doldurması vasitəsilə seyrçilərlə paylaşmış olur. İfrat cisimliyinə görə bu instalyasiya Rasim Babayevin “Torpaq neft ilə zəngindir” adlı ekspressionist əsəri ilə səsləşir.

Sərginin tamamlayıcı nöqtəsi olaraq, burada Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini əldə etdiyi zamandan ölkəmizin siyasi gerçəkliyini müəyyənləşdirən münaqişəni ifadə edən naməlum qara dağlar obrazı yerləşdirilib. Dağlıq Qarabağ ərazisində populyar mahnıların təsadüfi seçim yolu ilə toplanmış 20 musiqi parçasının sədaları Elturan Məmmədovun “Adsız yüksəkliklər” adlanan əsərinin təsirini bir az da gücləndirir. Əsər, Böyükağa Mirzəzadənin “Sülhə çağırış səsləndirən” adlı tablosu ilə ziddiyyətli tərzdə yan-yana yerləşdirilib. Ustadın modern incəsənətə aid həmin şah əsəri “Yox” kəlməsi ilə müqavimətin əbədi formasını nümayiş etdirir.

Sərginin kuratorları Suad Qarayeva-Maleki və Björn Geldhofdur.

Sərgidə nümayiş olunan modern incəsənət rəssamlarının əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən təqdim olunub.

 





13.08.2016    çap et  çap et