525.Az

ABŞ məhkəməsi Samsung-un Apple üçün cəriməsini azaldıb


 

ABŞ məhkəməsi Samsung-un Apple üçün cəriməsini azaldıb<b style="color:red"></b> Kaliforniya Məhkəməsi Samsung şirkətinin Aplle korporasiyasına patent hüquqlarının pozulmasına görə ödəməli olduğu 1 milyard dollarlıq cərimədən 450 milyon dolları azaldıb.
 
525.az-ın Rabitə və İnformasiya Texnologiyaları Naziriliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, beləliklə, Koreya şirkəti Apple-a 598,9 milyon dollar ödəməli olacaq. Hakim Lyusi Koxun sözlərinə görə, əvvəllər məhkəmə Apple şirkətinə dəyən ziyanın qiymətləndirilməsində səhvə yol verib. Xüsusilə bu, Galaxy S2 smartfon və Galaxy Tab planşet kompüter modellərində patent hüququnun pozulmasının qiymətləndirilməsinə aid olub.
 
Apple və Samsung şirkətləri arasında patent mübahisəsi 2011-ci ilin aprelindən davam edir.
 





04.03.2013    çap et  çap et