525.Az

Azərbaycana keçmək istəyən erməni saxlanıldı


 

Azərbaycana keçmək istəyən erməni saxlanıldı<b style="color:red"></b> Azərbaycana keçmək istəyən erməni saxlanılıb.
 
Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumata görə, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
 
Beynəlxalq Qızıl Xaç Komitəsi ona baş çəkilməsi məqsədilə komissiya tərəfindən məlumatlandırılıb.
 
İctimaiyyətə əlavə məlumat veriləcək.
 





13.08.2016    çap et  çap et