525.Az

İki milyon il əvvəl yaşamış insanlar da kariyesdən əziyyət çəkiblər


 

İki milyon il əvvəl yaşamış insanlar da kariyesdən əziyyət çəkiblər<b style="color:red"></b>

Alimlər qədim insanlarla bağlı maraqlı araşdırma aparıblar. Qədim insanların şirniyyata münasibəti öyrənilib və tədqiqatlar nəticəsində onların şirin qidaya biganə qalmadıqları üzə çıxıb.

AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, elm adamları bu fikrə iki mindən çox insan qalığının dişləri üzərində aparılan tədqiqatlar nəticəsində gəliblər. Bu sümüklərin iki milyon il bundan əvvəl yaşamış insanlara aid olduğu bildirilir. Araşdırmalardan məlum olub ki, əcdadlarımız da bizim kimi kariyesdən əziyyət çəkiblər.

Bununla yanaşı, mağara adamlarının sümükləri üzərində aparılan tədqiqatlar nəticəsində onlarda oynaq xəstəliklərinin də olduğu üzə çıxıb.

Hazırda alimlər əcdadlarımızın vərəmdən əziyyət çəkib-çəkmədikləri istiqamətində araşdırmalar aparırlar.

 





13.08.2016    çap et  çap et