Rusiya Federal Təhlükəsizlik Bürosunun Sankt-Peterburq və Leninqrad vilayəti üzrə İdarəsinin əməkdaşları Rusiyada fəaliyyəti yasaqlanmış “nurçuluq” cərəyanının 10 nümayəndəsini saxlayıblar. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, yaxalananlardan 5-i Rusiya, 4-ü Azərbaycan, 1-i isə Türkmənistan vətəndaşıdır. Onların üzərindən Rusiya məhkəmələri tərəfindən qadağan olunmuş türk və rus dillərində ədəbiyyat tapılıb. Saxlanılanlar haqqında qətimkan tədbirinin seçilməsi nəzərdən keçirilir.