525.Az

Natiq Cəfərlinin həbsi barədə qərardan apellyasiya şikayəti verildi


 

Natiq Cəfərlinin həbsi barədə qərardan apellyasiya şikayəti verildi<b style="color:red"></b> REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilib.
 

Bu barədə APA-ya Natiq Cəfərlinin vəkili vəkil Cavad Cavadlı bildirib. Şikayət Bakı Apellyasiya Məhkəməsində təqdim olunub.
 
Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.
 





15.08.2016    çap et  çap et