525.Az

Bu universitetə daxil olmaq üçün psixoloji sınaqdan keçmək lazımdır


 

Bu universitetə daxil olmaq üçün psixoloji sınaqdan keçmək lazımdır<b style="color:red"></b> Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər dini-psixoloji komissiyadan keçməlidirlər.
 
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a məlumat verilib.
 
Məlumata görə, Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqəyə III ixtisas qrupu üzrə qəbul imtahanında topladığı ümumi balı 100-dən az olmayan (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir) və TQDK tərəfindən Bakı İslam Universitetində təşkil edilmiş dini-psixoloji komissiyada qeydiyyatdan keçən abituriyentlər buraxılırlar.
 
Dini-Psixoloji Komissiya yenidən Bakı İslam Universitetində 15-17 avqust tarixlərində saat 09:00-dan 13:00-a kimi fəaliyyət göstərəcək.
 





15.08.2016    çap et  çap et