525.Az

Həsənov və Şoyqu arasında Qarabağ müzakirəsi


 

Həsənov və Şoyqu arasında Qarabağ müzakirəsi<b style="color:red"></b> Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda işgüzar səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
 
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "Rossiya 24" kanalı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşündə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları əsas müzakirə mövzusu olub.
 





15.08.2016    çap et  çap et