525.Az

Azərbaycanlı aktyor Türkiyədə filmə çəkiləcək


 

Azərbaycanlı aktyor Türkiyədə filmə çəkiləcək<b style="color:red"></b> Azərbaycanlı aktyor Kamran Ağabalayev Türkiyədə filmə çəkiləcək.
 
APA-nın məlumatına görə, aktyor “Atçalı Kel Mehmet” filmində əsas rollardan biri olan Kara Efe obrazını canlandıracaq.
 
Ekran əsəri Türkiyə Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkiləcək.

Tarixi dram janrında lentə alınan filmdə tanınmış türk aktyorları Gökhan Keser, Şeyma Burcu Gül, Cemal Ünal, Mehmet Polad da yer alacaq.
 
Çəkilişlərə sentyabr ayında start veriləcək.   
 
Qeyd edək ki, Atçalı Kel Mehmet Efe XVIII əsrin məşhur türk qəhrəmanlarından biridir.
 





15.08.2016    çap et  çap et