525.Az

Türkiyə Təhsil Nazirliyindən Qarabağla bağlı göstəriş


 

Türkiyə Təhsil Nazirliyindən Qarabağla bağlı göstəriş <b style="color:red"></b> Türkiyə Milli Təhsil Nazirliyi sentyabrın 15-18-də Ermənistanın Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək, qondarma “Dağlıq Qarabağ Respublikası”nın 25-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransa Türkiyə tərəfindən hər hansı iştirakın olmaması barədə Yenilik və Təhsil Texnologiyaları İdarəsinə müraciət edib.
 
APA-nın “ilerihaber.org”a istinadən verdiyi məlumata görə, müraciətin aidiyyəti orqanlara çatdırılması xahiş olunub.
 
Bildirilir ki, bununla bağlı Azərbaycanın Ankaradakı səfirliyi Türkiyə Xarici İşlər Nazirliyinə məktubla müraciət edib.
 
Məktubda Azərbaycanın ərazisinin 20 faizinin 25 ilə yaxındır Ermənistan tərəfindən işğala məruz qaldığı və Ermənistan tərəfindən bu ərazilərə xarici nümayəndə heyətlərinin dəvət olunması istiqamətində səylər göstərildiyi vurğulanır.
 
Yenilik və Təhsil Texnologiyaları İdarəsi isə bu müraciəti vilayət milli təhsil idarələrinə və valiliklərə göndərərək həmin konfransa dəvət olunduqları halda iştirakdan imtina etmələri xahiş olunub.
 





15.08.2016    çap et  çap et