525.Az

Natiq Cəfərlinin şikayəti üzrə məhkəmənin vaxtı məlum oldu


 

Natiq Cəfərlinin şikayəti üzrə məhkəmənin vaxtı məlum oldu<b style="color:red"></b> REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmənin keçiriləcəyi tarix məlum olub.
 
Bu barədə APA-ya məlumat verən Natiq Cəfərlinin vəkili Cavad Cavadlı bildirib ki, şikayətə avqustun 17-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Məhkəmə qapalı keçiriləcək.
 
Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.
 





16.08.2016    çap et  çap et