525.Az

Goranboyda güclü külək bədbəxt hadisəyə səbəb olub: 1 ölü


 

Goranboyda güclü külək bədbəxt hadisəyə səbəb olub: 1 ölü<b style="color:red"></b>

Goranboyda güclü külək nəticəsində ağac adamın üstünə aşıb.

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə avqustun 15-də Goranboy rayonunun Qaradağlı kəndində qeydə alınıb.

Güclü külək nəticəsində aşan ağac kənd sakini Siyasət Quliyevin üstünə düşüb və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 





16.08.2016    çap et  çap et