525.Az

QMİ-nin sabiq sektor müdirinin məhkəməsində şahidlər ifadə verdi


 

QMİ-nin sabiq sektor müdirinin məhkəməsində şahidlər ifadə verdi<b style="color:red"></b> Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun məhkəmə prosesi keçirilib.
 
APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi proses qapalı keçirilib.
 
Vəkil Əfqan Məmmədovun verdiyi məlumata görə, prosesdə şahidlər ifadə verib.
 
Məhkəmə prosesi avqustun 25-də davam etdiriləcək.
 
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.
 





16.08.2016    çap et  çap et