525.Az

Elgiz Qəhrəmanın şikayəti üzrə məhkəmə nə vaxt keçiriləcək?


 

Elgiz Qəhrəmanın şikayəti üzrə məhkəmə nə vaxt keçiriləcək?<b style="color:red"></b>

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlı barəsində verilən apellyasiya şikayəti üzrə məhkəmənin keçiriləcəyi tarix məlum olub.

Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, apelyasiya şikayətinə avqustun 18-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Prosesə hakim Vaqif Mursaqulov sədrlik edəcək.
 
Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində avqustun 13-də 4 aylıq həbs qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib.
 
E. Qəhrəmalıya Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi açılıb.

 





16.08.2016    çap et  çap et