525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1942-ci il. SSRİ Xalq artisti, əfsanəvi Azərbaycan ifaçısı və bəstəkarı Müslüm Maqomayevin doğum günü (1942-2008).

Dünyanı fəth edən ecazkar səsi ilə əfsanəyə çevrilmiş XX əsrin orfeyi, bariton Müslüm Maqomayevin yaradıcılığı bəşəriyyətin mədəniyyət xəzinəsinə daxil olub.
 
O, “Xalqlar dostluğu”, “Şöhrət”, “Şərəf” ordenləri ilə təltif edilib.
 
1999-cu il. Türkiyənin Mərmərə bölgəsində baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində 18 min 373 nəfər həlak olub.

Zəlzələ, həmçinin ölkənin ən böyük sənaye müəssisələrinə də ciddi ziyan vurub. 250 min bina zərər görüb.
 
1771-ci il. İngilis alimi Cozef Pristli fotosintez prosesini kəşf edib.
 
1807-ci il. Amerikalı mühəndis Robert Fultonun layihəsi əsasında hazırlanan buxarla işləyən ilk gəmi - "North River Steamboat" istifadəyə verilib.

1943-cü il. Amerikalı məşhur kinoaktyor, rejissor və prodüser Robert de Niro anadan olub.
 





17.08.2016    çap et  çap et