525.Az

Natiq Cəfərlinin apellyasiya şikayəti təmin edilmədi


 

Natiq Cəfərlinin apellyasiya şikayəti təmin edilmədi<b style="color:red"></b>

Bu gün Bakı Apellyasiya Məhkəməsində REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
 
Bu barədə APA-ya məlumat verən vəkil Cavad Cavadlı bildirib ki, məhkəmə onun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayəti təmin etməyib. 
 
Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb.

Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

 





17.08.2016    çap et  çap et