525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1919–cu il. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib.

Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli fərmanı ilə avqustun 18-i Azərbaycanda Sərhəd Qoşunları günü kimi qeyd olunur.
 
1993–cü il. BMT Təhlükəsizlik Şurasının iclasında erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılması barədə Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olunub.
 
1992-ci il. Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyanın heyəti Azərbaycandan çıxarılıb.

Hərbi əmlakın bütünlüklə Milli Ordunun briqadasına verilməsi haqqında akt imzalanıb.

1850-сi il. Görkəmli fransız yazıçı-dramaturqu Onore de Balzak vəfat edib.

O, Fransanın ilk burjua inqilabından sonrakı əlli illik tarixinin bədii ensiklopediyası olan “Bəşəri Məzhəkə”sinin müəllifidir.
 





18.08.2016    çap et  çap et