525.Az

Azərbaycan nümayəndə heyəti Turan Qurultayında - Fotoreportaj


 

Azərbaycan nümayəndə heyəti Turan Qurultayında - <b style="color:red">Fotoreportaj</b>

Avqustun 12-15-də Macarıstanda - Buğac bölgəsində sayca 3-cü Turan Qurultayı keçirilib.
 

"Eurasia Diary" xəbər verir ki, Azərbaycan nümayəndə heyəti də  Macarıstanda böyük Turan qurultayına qatılıb.

Qeyd edək ki, Macarıstanda fəaliyyət göstərən Macar Turan Fondu iki ildən bir paytaxt Budapeşt şəhərində Böyük Turan Qurultayı təşkil edir. Məqsəd türk xalqlarının və onların diaspora təşkilatları arasında birliyinin yaranması üçün böyük işlər görməkdədir. Qurultayda Azərbaycanı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev, millət vəkilləri Əflatun Amaşov, Qənirə Paşayeva, Beynəlxalq Avrasia Mətbuat Fondunun sədri Umud Mirzəyev, ATXƏM sədri İlham İsmayılov, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, ictimai qurumların təmsilçilərindən İlqar İlkin, Samir Turan, Gülnarə Xəlilova, Aygün Hüseynli, Şəmil Sadıq da daxil olmaqla ümumilikdə 26 nəfər təmsil edib.  Nümayəndə heyətinin tərkibində ictimai və incəsənət xadimləri də olub. Mədəniyyət və Turizm Nazirliyinin nəznində olan Qədim Musiqi Alətləri Dövlət Ansamblının kollektivi və sənətçilər Nuriyyə Hüseynova, Şəmistan Əlizamanlının qurultay müddətində bir neçə dəfə geniş auditoriya qarşısında çıxış etməsi, Azərbaycan musiqisini təbliğ etməsi böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri bir sıra xarici ölkələrin nümayəndə heyətləri ilə də görüşlər keçiriblər. Görüşlərdə əsas müzakirə mövzusu birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirmək və qısa müddətdə ortaq maraqlara uyğun birgə fəaliyyətə başlamaq məsələləri olub.

Tədbiri və keçirilən görüşləri şərh edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev bildirib ki, qurultayı təşkil edən Macar Turan Fondu Türk xalqları və onların diaspora təşkilatları arasında birliyinin yaranması üçün böyük işlər görür. Dünyanın dörd bir tərəfindən yüzlərlə təşkilat və diaspor təşkilatlarının rəhbərlərinin qatıldığı bu Qurultay həm də Azərbaycan həqiqətlərinin tanıdılması və müxtəlif xalqların diaspora təşkilatları arasında ikitərəfli əlaqələrin qurulması baxımından olduqca əhəmiyyətlidir.

Millət vəkili Əflatun Amaşovun sözlərinə görə isə əksər türk xalqları 70 il ərzində türk milli kimliyini ortaya qoymaq imkanından məhrum halda yaşayıb: "Bu günün özündə də türk milli kimliyi məsələsində problemlər yox deyil. Ancaq Turan Qurultayı bütün mənfi stereotiplərə sözün yaxşı mənasında meydan oxumaq əzmindədir. 300 minə qədər iştirakçının qatıldığı qurultay müasir dövrdə türk xalqlarının konsolidasiyasını nəzərdə tutan ən müxtəlif tədbirlərin mərkəzində dayanmağa layiqdir".

Millət vəkili Qənirə Paşayeva isə Qurultay zamanı bütün iştirakçılara çağırış edərək  türk xalqlarının birlik və bərabərliyini  gücləndirməsinin çox önəmli olduğunu deyib.

Qeyd edək ki, tədbirə qatılan qonaqlar arasında Türkdilli ölkələr Parlament Assambleyasının baş katibi Candos Asanov və Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev də olub.

Tədbir haqqında fikirlərini bölüşən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin sözlərinə görə, onun rəhbərlik etdiyi təşkilat  son illər mütəmadi olaraq Macarıstanda keçirilən Turan Qurultayının tədbirlərində iştirak edir. Bu il isə  ilk dəfə olaraq Azərbaycanın Macarıstandakı səfirliyi ilə birlikdə koordinasiya işlərini həyata keçirib. Umud Mirzəyev Macar Turan Fondu və onun sədri Andraş Biro haqqında da xoş sözlər işlədərək, onu Azərbaycanı sevən birisi adlandırıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə istehsal etdiyi "Atəşkəs" sənədli filmi 2016-cı ildə geniş ictimaiyyətə təqdim olunub. Azərbaycan və Macarıstandan olan jurnalistlərin birgə fəaliyyəti nəticəsində hazırlanan filmdə Cənubi Qafqazda Ermənistanın Azərbaycana qarşı işğalçılığının tarixi mərhələləri haqda məlumatlar yer alıb. Avropalı ekspertlərin də iştirak etdiyi  filmdə bütövlükdə Cənubi Qafqazda baş verən hadisələr öz əksini tapıb.

 





18.08.2016    çap et  çap et