525.Az

Hurqada - Misirin müasir möcüzəsi


 

Hurqada - <b style="color:red">Misirin müasir möcüzəsi</b> Hurqada-Safaqa-Marsa Alam – təyyarəylə ölkəmizdən cəmi 4 saata başqa bir dünyaya səyahət...

Hava limanında sizləri üzlərində təbbəssüm “ölkəmizə xoş gəldiniz”, “möcüzələr içərisində özünüzü evinizdəki kimi hiss edin” deyən insanlar qarşılayır.

Vaxtilə Qırmızı dənizdə kiçik bir balıqçı kəndi olmuş Hurqada  hazırda 80 km sahil boyunca uzanan möhtəşəm, yüksək xidmətli və məşhur otellərin olduğu bir şəhərə çevrilib.

Şəhərin Əl- Dahar adlı hissəsində siz qədim bazar, balıq dükanları, meyvə və tərəvəz, qəhvə, ənənəvi qara qəhvə dükanlarına rast gələ və istədiyiniz hər şeyi tapa bilərsiniz.

Sakkalanı bir turizm mərkəzi  adlandıra bilərik. Limanda yerləşən gözəl bir məscid şəhərə xususi bəzək verir.
Şəhərin gözləllikləri isə günəş batandan sonra daha da aydın gözə çarpır. Buna görə də bu yer turistlərin ən çox səfər etdikləri yerlərdin biridir.

Müasir binalar, restoranlar və klubların cəmləşdiyi ərazi olan - Əl Mamşa şəhərin yeni hissəsidir. Bu hissəsi dəniz sahili, otel sevən qonaqlar üçün nəzərdə tutulub.

Hurqada günü-gündən inkişaf edir. Şəhərin Əl-Quna hissəsini kiçik Venesiya adlandırmaq olar.

Hazırda şəhərdə müasir, beynəlxalq aerport,  həmçinin şəhərdə Avropa, Afrika, Şərqin bir çox ölkələrindən gətirilmiş məhsullarının cəmləşdiyi böyük ticarət mərkəzi fəaliyyət göstərir.

Hurqada ilə Safaqa arasında istirahət üçün gözəl yerlərdən olan Makadi Bay yerləşir. İnsanlar geniş sahilləri, yüksək xidməti və 5 ulduzlu otellərdə dincəlməyi üstün tutduqlarına görə məhz bu əraziyə üz tuturlar.

Safaqa Qırmızı dənizdə kiçik bir kənd olmasına baxmayaraq, istirahət üçün bütün imkanlara malik bir yerdir.
Burada sualtı üzgüçülük və dayvinq çox məşhurdur.

Marsa Alam – Qırmızı dənizin sakit istirahət üçün çox məşhur bir hissəsidir. Bundan başqa bu ərazi sualtı üzgüçülük və dayvinq üçün də çox əlverişlidir.

Hər bir ərazi insana günəşlə, dənizlə, müxtəlif əyləncələrlə Qahirə və Luksorun tarixi gözəllikləri ilə tanış olmağı, Qədim ehramlara və Sfinksə səyahət imkanları vəd edir.

PƏRVANƏ

 





18.08.2016    çap et  çap et