525.Az

Zəyəmçay körpüsünün bərpasına 2 milyon manat ayrıldı


 

Zəyəmçay körpüsünün bərpasına 2 milyon manat ayrıldı<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında sərəncam imzalayıb.

525.az-ın məlumatına görə, sərəncamda deyilir:

"Cari ilin iyun-iyul aylarında Şəmkir rayonu ərazisində aramsız yağan leysan nəticəsində Bakı-Ələt-Qazax avtomobil yolunda Zəyəmçay üzərindəki körpü qəzalı vəziyyətə düşüb. Beynəlxalq yük və sərnişin daşımalarında xüsusi əhəmiyyətə malik olan yolun təxirəsalınmaz bərpasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin".

 





18.08.2016    çap et  çap et