525.Az

Dejavu əslində nədir?


 

Dejavu əslində nədir?<b style="color:red"></b>

Böyük Britaniya alimləri dejavunun nə olduğunu araşdırıblar.

Elm adamlarının sözlərinə görə bu hal beynin səhvi nəticəsində əmələ gəlir. İki hissədən ibarət olan tədqiqatlarda iki qrup olmaqla iyirmidən çox insan iştirak edib. İlk hissədə üzərində təcrübə aparılanlara “yataq”, “yastıq”, “istirahət” kimi yuxuya işarə edən bir neçə sözdən ibarət siyahı oxunub. Bu ardıcıllıqda “yuxu” sözü olmayıb.

Sonra onlardan oxunan sözləri yada salmaları xahiş olunub ki, siyahıda “yuxu” sözünün olduğuna əminlik bildirənlər çoxluq təşkil edib.

İkinci qrupa eyni sözlər bənzər ardıcıllıqla oxunub. Bu qrupun iştirakçıları isə siyahıda “yuxu”nun olmadığını qeyd ediblər.

Tədqiqatlardan dörd saat sonra insanlardan oxunan sözləri xatırlamaları xahiş olunub. Bu dəfə hər iki qrupun iştirakçıları “yuxu” sözünün oxunanlar arasında olduğuna əmin olduqlarını bildiriblər.

Araşdırmaların sonunda mütəxəssislər dejavunu insan beynində baş vermiş səhvin nəticəsi olaraq qiymətləndiriblər. Belə ki, bu halda insan hər-hansı bir hadisənin baş verdiyini hiss edir, lakin heç nə xatırlamır.

AzərTAc

 





19.08.2016    çap et  çap et