525.Az

“Şimali Koreya lideri” Rio-da


 

“Şimali Koreya lideri” Rio-da <b style="color:red"></b> Braziliyada davam edən Rio Olimpiya oyunlarında Şimali Koreya Lideri Kim Çen In-a çox bənzəyən bir tamaşaçı 1500 metrə qaçış yarışlarında digər tamaşaçıların təəccübünə səbəb olub. 
 
Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, tamaşaçıların arasında gülümsəyərək Şimali Koreya bayrağını yelləyən şəxs əsl adının Hovard olduğunu bildirib.
 
Digər tamaşaçılar onunla şəkil çəkdirərək sosial şəbəkələrdə paylaşıblar.
 
Belə tədbirlərə tez tez qatıldığını deyən Hovard, 2013-cü ildən bu yana Şimali Koreya prezidenti Kim Çen In özəl saç düzümü və hərbi forma ilə çeşidli tədbirlərdə olur.
 
Hovard dünənki yarışlarda kameralara bol-bol gülümsəyib və “heyranları” ilə şəkil çəkdirib.
 
Yarış sonrası gülümsəmək yerinə ciddi bir vəziyyətlə və tək əlini havaya qaldıraraq kameralara görünən “saxta Kim”, jurnalistlərə verdiyi  açıqlamada, bir çox insanın onun həqiqətəndə Şimali Koreya lideri olduğuna inandığını deyib.
 





19.08.2016    çap et  çap et