525.Az

Cavid Hüseynovun vəkili məhkəmədən vaxt istədi


 

Cavid Hüseynovun vəkili məhkəmədən vaxt istədi<b style="color:red"></b>

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun apellyasiya şikayətinə baxılıb.

525.az-ın Lent.az-a istinadən yaydığı xəbərə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə vəkil Adəm Məmmədov müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Proses sentyabrın 2-ə təyin edilib.
 
Qeyd edək ki, jurnalist Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri cinayət işi açılıb.
 
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.
 
Səbael rayon Məhkəməsinin hökmü ilə Cavid Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum olunub.

 





19.08.2016    çap et  çap et