525.Az

Qiyas İbrahimovun istintaqı yekunlaşdı


 

Qiyas İbrahimovun istintaqı yekunlaşdı<b style="color:red"></b> Narkotik vasitə əldə edib saxlamaqda təqsirləndirilən Qiyas İbrahimovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
 
Bu barədə APA-ya məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, gələn həftə cinayət işi məhkəməyə göndəriləcək.
 
Qeyd edək ki, Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunur. Xətai rayon Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan onların barələrində olan cinayət işi ayrılıb.
 
Onu da qeyd edək ki, təqsirləndirilən şəxslərin heç biri ittihamları qəbul etmir.
 





19.08.2016    çap et  çap et