525.Az

Britaniyada "Brexit" sonrası turist bumu


 

Britaniyada "Brexit" sonrası turist bumu <b style="color:red"></b>

Son bir ayda Böyük Britaniyaya gələn xarici turistlərin sayı 18% artıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, turist bumunun yaşanması bu ölkənin Avropa İttifaqında qalıb-qalmaması ilə bağlı keçirilmiş referendumdan sonraya təsadüf edib.

Turizm bazarının 500 iştirakçısı arasında keçirilmiş sorğu nəticəsində məlum olub ki, funt sterlinqin məzənnəsinin zəifləməsi turizmin inkişafına təkan verib. Britaniyaya gələn xarici turistlərin təxminən 70%-nin Avropa İttifaqı ölkələrinin vətəndaşları olduğu bildirilir.

Bununla belə, turizm bazarının iştirakçıları hesab edir ki, ölkəyə bu cür turist axını qısamüddətli olacaq.

 





20.08.2016    çap et  çap et