525.Az

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başa çatdı


 

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başa çatdı<b style="color:red"></b> Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başa çatıb.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə 551 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

Orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərdən 18551 nəfəri elektron ərizəsini təsdiq edib.
 





20.08.2016    çap et  çap et