525.Az

FED bu il faiz dərəcələrini artıracaq?


 

FED bu il faiz dərəcələrini artıracaq?<b style="color:red"></b> ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) məşğulluğun tam təmin olunması və 2%-lik inflyasiya ilə bağlı məqsədlərinə çatmağa yaxındır.
 
“APA-Economics” “Reuters”ə istinadən xəbər verir ki, bunu Amerika Mərkəzi Bankının ikinci rəhbər şəxsi sayılan Stenli Fişer deyib.
 
FED-in sədr müavini əmək bazarında vəziyyətin yaxşılaşdığını əsas gətirərək Amerika iqtisadiyyatının sabit olduğunu qeyd edib.
 
Bununla belə o, faiz dərəcələrinin nə zaman artırılacağı ilə bağlı məlumat verməyib.
 
Ekspertlər bu çıxışı 2016-cı il ərzində faiz dərəcələrinin artırılacağına işarə kimi qəbul etsə də, investorlar bu addımın atılacağına inanmır.
 





22.08.2016    çap et  çap et