525.Az

Asiyanın cənub-şərqində 42 min il yaşı olan bəzək əşyaları tapıldı


 

Asiyanın cənub-şərqində 42 min il yaşı olan bəzək əşyaları tapıldı<b style="color:red"></b>

Avstraliya Milli Universitetinin arxeoloqları Asiyanın cənub-şərqində yerləşən Timor adasında 42 min il bundan əvvələ aid bəzək əşyaları aşkar ediblər.

Əvvəllər bu ərazidə qazıntılar aparılmadığından alimlər hesab ediblər ki, burada məskən salan insanlar inkişafdan geri qalıblar. Amma avstraliyalı arxeoloqların aşkar etdikləri balıqqulağından hazırlanmış muncuqlar bu fikri təkzib edib.

Tədqiqatçıların fikrinə görə, gələcəkdə bu ərazidə aparılacaq qazıntı işləri zamanı daha çox maraqlı maddi mədəniyyət nümunələri üzə çıxacaq.

Qeyd edək ki, İsraildə tapılan ən qədim bəzək əşyasının təxminən 100 min il, Avropadakının isə 50 min il yaşı var.

AzərTAc

 





22.08.2016    çap et  çap et