525.Az

Vəzifəli şəxslər məhkəmə zalından azadlığa buraxıldı


 

Vəzifəli şəxslər məhkəmə zalından azadlığa buraxıldı<b style="color:red"></b>

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən "Atrabank" ASC-nin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər - Turan Əliyev, Məzahir Bağırov, Yasəmən Dəmirçiyə hökm oxunub. Hökmə əsasən, onların hər birinə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israfetmə) maddəsi ilə təqsirləndiriliblər.

 





22.08.2016    çap et  çap et