Keçən ilin dekabr ayında Kubada dördüncü dəfə xərçəng əməliyyatı keçirən Venesuela prezidenti Uqo Çaves dünyasını dəyişib.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, prezidentin ölüm xəbərini varisi elan etdiyi vitse-prezident Nikolas Maduro açıqlayıb. Venesuelanın xarici işlər naziri Elias Jaua isə ölkədə 7 gün matəm elan edildiyini bildirib. Çavesin cənazəsi vida mərasimi üçün Karakasdakı Hərbi Akademiyanın zalında saxlanacaq. Dəfn mərasimi isə cümə günü keçiriləcək. Çavesin harada dəfn ediləcəyi isə hələ məlum deyil.
çap et