525.Az

"Dağlıq Qarabağla bağlı qətnamələrin icrası birmənalıdır"


 

"Dağlıq Qarabağla bağlı qətnamələrin icrası birmənalıdır"<b style="color:red"></b> Almaniya Bundestaqının deputatı, professor. Dr. Egon Jüttner Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sorğusuna cavab olaraq açıqlama verib.
 
TEAS-dan APA-ya verilən məlumata görə, açıqlamada deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün uzun müddət aparılan danışıqlar prosesində Birləşmiş Millətlər Təşkilatı (BMT) vasitəçilik missiyasını həyata keçirir.

"Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrası birmənalıdır və bu sənədlərdə münaqişəyə son qoymaq üçün atılacaq addımları özündə aydın şəkildə ehtiva edir. Almaniya bu qətnamələri dəstəkləyir.

Almaniya üçün dövlətin ərazi bütövlüyü məsələsi müzakirə predmeti ola bilməz və mütləq xarakter daşıyır.
 
Xüsusilə, Qafqazda ərazi bütövlüyü məsələsində bir çox halda heç bir zəmanət yoxdur. Abxaziya, Cənubi Osetiya, Krım və Dağlıq Qarabağ kimi münaqişələr misal göstərilə bilər. Əfsuslar olsun ki, Sovet İttifaqının süqutundan sonra sərhədlərin demarkasiya məsələləri ilə bağlı mübahisəli məsələlərin nizamlanması sülh yolu ilə həllini tapa bilməyib", - deyə açıqlamada bildirilir.
 
Dr. Egon Jüttner qeyd edib ki, bütün bunlar mülki əhali üçün faciəvi fəsadların yaranmasına səbəb olur:

"Azərbaycanın ümumi əhalisi doqquz milyon olmaqla bir milyona yaxın məcburi köçkün və qaçqının olması faktı, xüsusilə hazırkı miqrant böhranını nəzərə alaraq, bu problem Almaniya üçün çox əhəmiyyətli məsələdir.
 
Dünyanın bütün qaynar ocaqlarında sülhün bərqərar olunması naminə Almaniya Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, NATO və ATƏT kimi beynəlxalq tərəfdaşları ilə yaxından əməkdaşlıq edir. Biz ənənəvi olaraq həm Azərbaycan, həm də Ermənistanla sıx münasibət saxladığımız üçün münaqişənin dinc yolla bağlı öhdəliyin genişləndirilməsinə tərəfdaram.
 
Buna rəğmən, son illər baş verənləri nəzərə alaraq, münaqişənin tez bir zamanda həll olunacağına şübhə edirəm.

Gələcəkdə beynəlxalq ictimaiyyət istənilən eskalasiyanın qarşısını almağa qadir olmalıdır. Ona görə ki, bu, bütün regionda sabitliyə təhlükə yaradır və təsirə məruz qalan ölkələrdə iqtisadi və sosial inkişafı əngəlləyəcək. Almaniya bu münaqişəni alovlanmasına səbəb olacaq  istənilən  təxribatı qətiyyətlə pisləyir. Bu cür münaqişələrdə hər zaman olduğu kimi, əsas qurban mülki əhalidir.

Buna görə də, mən, Ermənistanın aprel ayında həyata keçirdiyi hərbi həmləni pisləyirəm. Siyasi cəhətdən rasional hərəkət edən və düşünən hər kəsə aydın olmalıdır ki, bu münaqişə savaşla həll oluna bilməz. Bu məsələnin həllinə sadəcə danışıqlar masası arxasında nail olunacaqdır. Almaniya və onun tərəfdaşları münaqişə iştirakçılarını yenidən danışıqlar masasına qayıtması üçün əlindən gələni etməlidirlər”.
 





23.08.2016    çap et  çap et