525.Az

Cəbhə xəttində silahlar susmur


 

Cəbhə xəttində silahlar susmur<b style="color:red"></b> Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.
 

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, Ermənistan ordusu İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan ordusubnun Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən isə Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz iatəşə tutublar.
 
İşğalçılar Ağdam rayonunun Cəvahirlli, Novruzlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə məruz qoyub.
 





27.08.2016    çap et  çap et