525.Az

Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisinin şikayəti təmin edilmədi


 

Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisinin şikayəti təmin edilmədi<b style="color:red"></b> Bakı Apellyasiya Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə həbs edilən - İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.
 
APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub və şikayət təmin edilməyib.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun hər biri 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. A. Məmmədovun barəsində isə seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunub. Hökmdən narazı qalan şəxslər bəraət hökmü tələbi ilə apellyasiya şikayəti veriblər.
 





27.08.2016    çap et  çap et