525.Az

Qəbələdə IV Beynəlxalq Mürəbbə Festivalı açıldı


 

Qəbələdə IV Beynəlxalq Mürəbbə Festivalı açıldı<b style="color:red"></b>

Avqustun 27-də Qəbələdə IV Beynəlxalq Mürəbbə Festivalı açılıb.

AZƏRTAC xəbər verir ki, festival Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

“Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçirilən festivalın sərgi masalarında Azərbaycanın 29 şəhər və rayonundan, eləcə də 10 xarici ölkədən gələn komandalar müxtəlif çeşiddə hazırladıqları mürəbbələri nümayiş etdirirlər.

Festivalda münsiflər heyəti üzvlərinin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

 





27.08.2016    çap et  çap et