525.Az

YARAT-da Cabir İmanovla görüş


 

YARAT-da Cabir İmanovla görüş<b style="color:red"></b>

YARAT Müasir İncəsənət Məkanında Əməkdar artist Cabir İmanovla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş “Weekly Talk” layihəsi çərçivəsində baş tutub.

Cabir İmanov YARAT Mərkəzində “Müqavimət haqqında 300 söz” sərgisində nümayiş olunan, realizm üslubunun ən görkəmli rəssamlarından olan Tahir Salahovun “Analara ithaf” (1986) əsəri barədə fikirlərini bölüşüb.
 
O, rəssamın yaradıcılığı, həyat yolu və əsərin ifadə etdiyi mənadan danışıb. Həmçinin, mövzu ilə əlaqədar suallar cavablandırıb.

Qeyd edək ki, aktyor indiyədək “Qorxma, mən səninləyəm! 1919”, “Məşədi İbad 94”, “Qraf Krestovski” , “Məhəllə 2”, “Etimad telefonu”, “Bir anın həqiqəti”, “Tam məxfi” və başqa filmlərdə rol alıb.

 





27.08.2016    çap et  çap et