525.Az

“Buzlar diyarı”nın məşqləri tamamlanır


 

“Buzlar diyarı”nın məşqləri tamamlanır<b style="color:red"></b>

Azərbaycan, Rusiya və Gürcüstan sənətçilərinin birgə layihəsi əsasında Azərbaycan və rus dillərində hazırlanan “Buzlar diyarı” tamaşasının məşqləri artıq yekunlaşmaq üzrədir. Tamaşanı iki heyət - Azərbaycan və rus bölmələri hazırlayır.

AZƏRTAC xəbər verir ki, artıq Azərbaycan bölməsi ilə hazırlanan tamaşaya daxili baxış keçirilib.

Səhnə əsərində Elza rolunu filmlərdən və teleseriallardan tamaşaçılara yaxşı tanış olan gənc aktrisa Xumar Səlimova ifa edir. Digər rollarda müxtəlif teatrlarda çalışan Ləman Hüseynli, Ziya Ağa, Müşfiq Əliyev, Nurlan Süleymanlı və başqaları çıxış edir.

Tamaşanın ədəbi əsası gürcü dramaturqu tərəfindən hazırlanıb və Azərbaycan dilinə tərcümə olunub. Tamaşaçılara unudulmaz təəssüratlar yaşatmaq üçün ən son səhnə texnologiyalarından və monitordan, 3D proyektor kimi müasir audio-vizual vasitələrdən istifadə nəzərdə tutulub. Tamaşada istifadə olunacaq geyimlər Moskvada yüksək səviyyəli peşəkar geyim rəssamları tərəfindən hazırlanıb.

Qeyd edək ki, tamaşanın premyerası oktyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək. Biletləri şəhərin bütün kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

 





27.08.2016    çap et  çap et